Kreml Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanını hədələyib
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Mixail Drapatının əvvəlki bəyanatları ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Peskov bildirib ki, Drapatı ruslar və Donbas əhalisi ilə bağlı əvvəl səsləndirdiyi fikirlərə görə məsuliyyət daşıyacaq.
Kreml nümayəndəsinin sözlərinə görə, Ukrayna ordusunun yeni rəhbərinin bu mövzuda dedikləri diqqətdən kənarda qalmayacaq.
22:28 24.07.2026
Oxunuş sayı: 64