Ukrayna Futbol Assosiasiyasının sabiq rəhbəri Slovakiyada saxlanılıb
Slovakiyada Ukrayna Futbol Assosiasiyasının (UFA) sabiq prezidenti Andrey Pavelko saxlanılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Pavelko təşkilatın vəsaitlərini nəzarətində olan şirkətlər vasitəsilə çıxarmaq sxemi təşkil etməkdə ittiham olunur.
İddialara əsasən, söhbət təxminən 295 milyon qrivna məbləğində vəsaitdən gedir (təxminən 11,2 milyon manat, 6,59 milyon dollar).
Hadisə ilə bağlı araşdırmanın davam etdiyi bildirilir. Pavelkonun ittihamlarla bağlı mövqeyi açıqlanmayıb.
22:12 24.07.2026
Oxunuş sayı: 52