Fələstində qanlı toqquşma: ölənlər var
Fələstinin Tel kəndində baş verən silahlı qarşıdurma nəticəsində 4 fələstinli və 2 israilli həlak olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hadisə cümə günü səhər saatlarında Şomron bölgəsində, Havvat-Gilad yaşayış məntəqəsinin yaxınlığında baş verib. Məlumata görə, bir qrup israilli Tel kəndi ərazisinə gəlib. Daha sonra əraziyə onlarla yerli sakin toplaşıb və tərəflər arasında şiddətli toqquşma başlayıb.
Hadisə yerinə İsrail ordusunun (SAXAL) komandirləri və operativ reaksiya dəstəsinin üzvləri gəlib. Qarşıdurma zamanı fələstinlilərdən bir qrup təhlükəsizlik əməkdaşının silahını ələ keçirib və bundan sonra atışma başlayıb.
Nəticədə iki israilli – Beniyaqu Malt və mayor Yuval Ezra həlak olub. Bir neçə israilli yaralanaraq xəstəxanaya yerləşdirilib.
Fələstin tərəfdən isə eyni ailədən olan 4 nəfər – Umran Əhməd Əli Ramdan, İbrahim Hüseyn Əli Ramdan, Cavad Hüseyn Əli Ramdan və Faruk Ramdan həyatını itirib. Daha 4 nəfərin yaralandığı, onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilib.
SAXAL Tel kəndindən israilli vətəndaşların təxliyəsini həyata keçirib. Şxem şəhəri və Tel kəndində fövqəladə vəziyyət rejimi elan olunub, bölgəyə əlavə hərbi qüvvələr göndərilib.
19:16 24.07.2026
Oxunuş sayı: 51