Kremlin xarici agent siyahısı genişlənib
Rusiya Ədliyyə Nazirliyi xarici agent kimi tanınan şəxslərin və təşkilatların siyahısını genişləndirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yeni siyahıya bloqer Adam Auşev, Rusiya ˝Libertarian˝ Partiyasının iştirakçıları, aktivist Vadim Petrov və Don Respublika Hərəkatı daxil edilib.
Qeyd edək ki, Rusiyada xarici agent statusu dövlət tərəfindən xarici təsir altında fəaliyyət göstərdiyi hesab edilən şəxslərə, təşkilatlara və mediaya tətbiq olunur.
18:53 24.07.2026
Oxunuş sayı: 50