Ukraynada müdafiə sərgisinin keçirildiyi poliqona zərbə: ölənlərin sayı 10-a çatıb - YENİLƏNİB
Ukraynada pilotsuz uçuş aparatları istehsalçılarının qapalı müdafiə sərgisinin keçirildiyi özəl poliqona endirilən raket zərbəsi nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
Crossmedia.az xəbər verir ki, "First Contact" müdafiə məhsulları istehsalçısı şirkətinin təsisçisi Valeri Borovik bu barədə məlumat yayıb.
Yayılan videogörüntülərdə raket zərbəsindən sonra poliqonda yaranan dağıntılar əks olunub.
Məlumata görə, hücum nəticəsində daha 100-ə yaxın şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.
Borovikin sözlərinə görə, zərbə Kiyev vilayətinin Buça rayonunda yerləşən özəl poliqona endirilib. Hadisə ilə bağlı Ukrayna rəsmilərinin rəsmi açıqlaması gözlənilir.
16:50
Ukraynada silah sərgisinin keçirildiyi poliqonlardan birinə endirilən zərbə nəticəsində ölənlər və dağıntılar olduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, "First Contact" müdafiə məhsulları istehsalçısı şirkətinin təsisçisi Valeri Borovik bu barədə məlumat verib.
Borovikin sözlərinə görə, zərbə Buça rayonundakı poliqona endirilib. Onun iddiasına əsasən, həmin ərazidə silah və hərbi texnika sərgisi keçirilirdi.
Hadisə nəticəsində ölənlərin olduğu və obyektə ciddi ziyan dəydiyi bildirilsə də, itkilərin dəqiq sayı açıqlanmayıb.
17:17 24.07.2026
Oxunuş sayı: 60