Bastrıkin: Cinayət işlərinin araşdırılması tarix üçün vacibdir
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bildirib ki, Kiyev rejiminin törətdiyi iddia olunan cinayətlərlə bağlı cinayət işlərinin araşdırılması gələcək nəsillərin hadisələr barədə məlumatlı olması üçün mühüm əhəmiyyət daşıyır.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Bastrıkin "TASS"a müsahibəsində qeyd edib ki, Ukrayna silahlı birləşmələrinin törətdiyi iddia olunan əməllərin araşdırılması tarixi baxımdan vacibdir.
Onun sözlərinə görə, toplanan materiallar və aparılan istintaq işləri gələcək nəsillərə həmin dövrdə baş verən hadisələr barədə məlumat əldə etməyə imkan verəcək.
Rusiya İstintaq Komitəsinin rəhbəri bildirib ki, bu istiqamətdə araşdırmalar davam etdirilir.
14:51 24.07.2026
Oxunuş sayı: 52