Ukrayna: Pokrovsk istiqamətində rus qüvvələri altıqat üstünlük təşkil edir
Pokrovsk istiqamətində hücum əməliyyatları aparan Rusiya qüvvələrinin sayı müdafiə olunan Ukrayna bölmələrindən təxminən altı dəfə çoxdur.
Crossmedia.az xəbər verir ki, Ukrayna Milli Qvardiyası bu barədə məlumat yayıb.
Qurumun məlumatına görə, say üstünlüyünə baxmayaraq, Ukrayna müdafiə qüvvələri Pokrovsk istiqamətində mövqelərini qorumağa davam edir və Rusiya ordusunun hücumlarının qarşısını almaq üçün döyüş əməliyyatlarını davam etdirir.
Milli Qvardiya bölgədə vəziyyətin gərgin olaraq qaldığını bildirib.
12:21 24.07.2026
Oxunuş sayı: 22