Zelenski: Putin yeni zərbələrə və səfərbərliyə hazırlaşır
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya rəhbərliyinin müharibəni davam etdirmək planları olduğunu iddia edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenskinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya yeni zərbələr endirməyə, Rusiyada əlavə səfərbərlik elan etməyə və münaqişəni genişləndirməyə hazırlaşır.
Ukrayna lideri bildirib ki, Moskvanın bu addımları müharibənin daha da uzanmasına səbəb ola bilər.
23:06 23.07.2026
Oxunuş sayı: 39