ABŞ–Səudiyyə sazişi fonunda bin Salmanın nüvə silahı ilə bağlı köhnə bəyanatı yenidən gündəmdədir
ABŞ və Səudiyyə Ərəbistanının mülki nüvə proqramı üzrə saziş imzalamağa hazırlaşdığı bir vaxtda vəliəhd şahzadə Məhəmməd bin Salmanın 2018-ci ildə verdiyi açıqlama yenidən diqqət mərkəzinə düşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bin Salman həmin vaxt bildirmişdi ki, əgər İran nüvə silahı əldə etsə, Ər-Riyad da "mümkün qədər qısa müddətdə eyni addımı atacaq".
Onun bu bəyanatı ABŞ və Səudiyyə Ərəbistanı arasında nüvə əməkdaşlığı ilə bağlı danışıqlar fonunda yenidən müzakirə olunmağa başlayıb.
14:37 23.07.2026
Oxunuş sayı: 23