Müharibənin bitməməsinin səbəbi Putindir – Zelenskidən açıqlama
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya lideri Vladimir Putinin ətrafındakı şəxslər Ukrayna və Qərbə müharibənin başa çatmamasının əsas səbəbinin məhz Putin olduğunu göstərirlər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenskinin sözlərinə görə, Rusiya rəhbərliyində də mövcud vəziyyəti anlayan şəxslər var.
O, əlavə edib ki, müharibənin dayandırılması üçün siyasi qərarın Moskvada qəbul edilməli olduğunu hesab edir.
22:28 22.07.2026
Oxunuş sayı: 50