İran: Biz neft sata bilməsək, heç kim sata bilməyəcək
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, Tehran özü neft ixrac etmək imkanına malik olmayacağı təqdirdə, regiondakı heç bir ölkənin neft satmasına imkan verməyəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, İranın infrastrukturuna qarşı təhdidlər davam edərsə, Yaxın Şərqdə heç bir obyekt təhlükəsiz olmayacaq.
Qalibaf əlavə edib ki, İran öz maraqlarını qorumaq üçün müvafiq addımlar atacaq.
21:42 22.07.2026
Oxunuş sayı: 51