Tramp İrana hədə-qorxu gəldi: Bunun əvəzini ağır ödəyəcəklər
ABŞ Prezidenti Donald Tramp kazarmalara endirilən zərbə ilə bağlı yayılan xəbərləri şərh edərkən İrana sərt xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, Tehran baş verənlərə görə çox ağır bədəl ödəməli olacaq.
Trampın açıqlamasında söhbətin hansı konkret hadisədən və ya zərbədən getdiyinə dair əlavə məlumat verilməyib.
18:31 22.07.2026
Oxunuş sayı: 53