KİV: İran husilərə Bab əl-Məndəb boğazını bağlamağa hazır olmağı tapşırıb
İranın ABŞ-nin enerji infrastrukturuna mümkün zərbələri halında Yəməndəki husilərə Bab əl-Məndəb boğazını bağlamağa hazır olmaları barədə göstəriş verdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Reuters agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, husilər strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazı yaxınlığında raket və pilotsuz uçuş aparatları yerləşdiriblər və əmrin verilməsini gözləyirlər.
Bildirilir ki, bu hazırlıq ABŞ-nin İranın enerji infrastrukturuna mümkün hücumuna cavab tədbirlərindən biri kimi nəzərdən keçirilir.
17:03 16.07.2026
Oxunuş sayı: 49