Latviyada dövlət mediasında rusdilli yayımların tam dayandırılması təklif olunub
Latviyanın mədəniyyət naziri Nauris Puntulis dövlət mediasında rus dilində yayımların tamamilə dayandırılmasını təklif edib.
Crossmedia.az xəbər verir ki, Latviyanın ictimai mediası bu barədə məlumat yayıb.
Nauris Puntulis bildirib ki, rus dilində məzmun hələ də mövcuddur, lakin onun fikrincə, müstəqil Avropa milli dövlətində dövlət mediasında rusdilli kontentin saxlanılması üçün heç bir əsas yoxdur.
Nazir xüsusilə hazırkı müharibə şəraitinə diqqət çəkərək deyib:
"Rus dilində məzmunun artıq azaldılması kifayət deyil. O, tamamilə aradan qaldırılmalıdır."
Hazırda bu məsələ ilə bağlı rəsmi qərar qəbul edilməyib. Təklifin qanunvericilik və ya hökumət səviyyəsində necə irəliləyəcəyi hələlik açıqlanmayıb.
14:53 15.07.2026
Oxunuş sayı: 48