Ukrayna dronları 9 gün ərzində 116 Rusiya gəmisini vurub
Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi bildirib ki, Ukrayna dronları doqquz gün ərzində Rusiya gəmilərinə zərbələr endirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, bu müddət ərzində ümumilikdə 116 Rusiya gəmisinin vurulduğu iddia olunur.
Brovdi hücumların detalları və gəmilərin vəziyyəti barədə əlavə məlumat verməyib. Rusiya tərəfi bu açıqlamaya münasibət bildirməyib.
00:23 14.07.2026
Oxunuş sayı: 29