Vitali Milonov Yevgeni Plyuşenkonu sərt tənqid edib
Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov fiqurlu konkisürən Yevgeni Plyuşenkonu oğlunun Azərbaycan millisində çıxış etməsi və Rusiyanı tənqid edən açıqlamaları səbəbindən sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Məlumata görə, Milonov Plyuşenkonun oğlunun Azərbaycan millisində çıxış etmək qərarını və idmançının Rusiyada vəziyyətin pisləşməsi ilə bağlı səsləndirdiyi fikirləri mənfi qarşılayıb.
Deputat bildirib ki, "İnsanların böyük əksəriyyətinin ona münasibəti tamamilə birmənalıdır: o, fürsətçidir. Son hərəkətlərindən sonra onun haqqında danışmaq belə iyrəncdir".
Qeyd edək ki, daha əvvəl Yevgeni Plyuşenko Rusiyada vəziyyətin gerilədiyini bildirmiş, oğlu Aleksandr Plyuşenkonun isə Azərbaycan millisində çıxış edəcəyi açıqlanmışdı.
13:06 14.07.2026
Oxunuş sayı: 43