Lindsi Qremin ölümündən sonra Rusiyaya qarşı sanksiyalar yenidən gündəmə gəlib
ABŞ-də senator Lindsi Qremin ölümündən sonra Rusiyaya qarşı genişmiqyaslı sanksiyaları nəzərdə tutan qanun layihəsinin qəbul prosesi sürətlənə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin "CNN" telekanalı məlumat yayıb.
"CNN"-in Ağ Evdəki mənbəsinə istinadən verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Tramp administrasiyası qanun layihəsini dəstəkləməyə hazırdır.
Mənbənin sözlərinə görə, Trampın bu qərarı Lindsi Qremin uzun illər üzərində işlədiyi qanun layihəsinin Konqresdə daha sürətlə irəliləməsinə ciddi təsir göstərə bilər.
13:22 14.07.2026
Oxunuş sayı: 43