ABŞ-də Lindsi Qremin bacısı senator təyin olunub
ABŞ-nin Cənubi Karolina ştatının qubernatoru Henri MakMaster vəfat edən respublikaçı senator Lindsi Qremin yerinə onun bacısı Darlin Qrem Nordonu təyin edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
MakMaster keçirdiyi mətbuat konfransında bildirib ki, qanunvericiliyə əsasən ştatı Senatda təmsil edəcək şəxsi müəyyən etmək səlahiyyəti ona məxsusdur.
Qubernator bu səlahiyyət çərçivəsində Lindsi Qremin bacısı Darlin Qrem Nordonu senator təyin edib. O, gələn ilin yanvarında başa çatacaq senatorluq müddətini tamamlayacaq.
Qeyd olunur ki, bu qərar ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə etdiyi paylaşımın ardınca verilib. Tramp Darlin Qrem Nordonun təyinatının "Lindsiyə ən yaxşı ehtiram olacağını" bildirmişdi.
Cənubi Karolinanı Senatda təmsil edən digər respublikaçı senator Tim Skott da bu təyinatı tam dəstəklədiyini açıqlayıb.
Bu gün and içərək vəzifəsinin icrasına başlayacağı gözlənilən 62 yaşlı Darlin Qrem Nordon Cənubi Karolina tarixində federal səviyyədə ilk qadın senator olacaq.
12:44 14.07.2026
Oxunuş sayı: 58