ABŞ və İran qarşılıqlı zərbələr endirib
ABŞ və İran arasında hərbi qarşıdurma yeni mərhələyə keçib. Tərəflər bir-birinin hərbi obyektlərinə zərbələr endirdiklərini açıqlayıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə hər iki ölkənin rəsmi mənbələri məlumat yayıb.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, beş saat ərzində Buşehr, Çabahar, Cask, Konarak, Əbu Musa adası və Bəndər-Abbasda yerləşən hədəflərə zərbələr endirilib. Bildirilib ki, əməliyyatın məqsədi İranın kommersiya gəmiçiliyinə zərbə endirmək imkanlarını daha da məhdudlaşdırmaq olub.
ABŞ Prezidenti Donald Tramp isə İranın silah istehsalı potensialının 84 faizinin məhv edildiyini iddia edib.
İran tərəfi də cavab zərbələri endirdiyini açıqlayıb. İranın dövlət televiziya kanalı "IRIB"-in yaydığı məlumata görə, İran ordusu Küveytdə yerləşən ABŞ-yə məxsus Patriot zenit-raket komplekslərinin mövqelərini hədəfə alıb.
Məlumatda qeyd olunur ki, pilotsuz uçuş aparatları vasitəsilə ABŞ hərbçilərinin istifadə etdiyi bazadakı yanacaq çənləri, sursat anbarı və rabitə sistemlərinə də zərbələr endirilib.
Tərəflərin açıqladıqları məlumatlar müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.
11:49 14.07.2026
Oxunuş sayı: 44