Rusiyanın neft infrastrukturu yenidən PUA hücumuna məruz qaldı
İyulun 14-nə keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Rusiyanın Başqırdıstan Respublikasında yerləşən iri neft-kimya müəssisəsinə və Krasnodar diyarındakı Afipsk Neft Emalı Zavoduna hücum etdiyi bildirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hücumun hədəflərindən biri Ukrayna sərhədindən təxminən 1400 kilometr məsafədə yerləşən "Qazprom neftkimya Salavat" kompleksi olub.
Məlumata görə, "Qazprom neftkimya Salavat" regionun ən böyük neft emalı və neft-kimya müəssisələrindən biridir. Kompleks benzin, dizel yanacağı, bitum, polietilen və digər məhsullar istehsal edir.
Bundan başqa, Krasnodar diyarında yerləşən Afipsk Neft Emalı Zavodunun da gecə saatlarında yenidən zərbə altında qaldığı qeyd olunur.
Gelencik şəhərində isə partlayış səslərinin eşidildiyi bildirilir.
Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik ətraflı məlumat yayılmayıb. Hücumların nəticələri və mümkün ziyan barədə məlumatlar dəqiqləşdirilir.
10:38 14.07.2026
Oxunuş sayı: 48