Kiyevdə partlayışlar baş verib, bir sıra vilayətlərdə hava həyəcanı elan olunub
Ukraynanın paytaxtı Kiyevdə partlayış səsləri eşidilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Məlumata görə, Kiyevdə hava həyəcanı siqnalları səsləndirilib.
Hava həyəcanı, həmçinin Odessa, Sumı, Xarkov ətrafı və Zaporojye vilayətlərində də elan olunub.
Partlayışların səbəbi və mümkün dağıntılar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
10:37 14.07.2026
Oxunuş sayı: 50