Qlobal problem: Telegram-ın t.me domeni işləmir
Telegram-ın qısa t.me keçidləri dünyanın müxtəlif ölkələrində brauzerlərdə açılmır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Kod Durova" portalı məlumat yayıb.
Məlumata görə, Telegram-ın qısa keçid domeni t.me .me domen zonasının reyestri səviyyəsində DNS sistemindən çıxarılıb.
Bunun nəticəsində t.me keçidləri nə mobil, nə də masaüstü brauzerlərdə açılır. Bununla belə, KİV-in məlumatına əsasən, Telegram tətbiqi normal rejimdə işləməyə davam edir.
10:14 14.07.2026
Oxunuş sayı: 47