Rusiyadan enerji alan ölkələri 500 faizlik rüsum gözləyir
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı hazırlanmış yeni sanksiyalar paketini dəstəkləyəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN-ə Ağ Evin nümayəndəsi məlumat verib.
Bildirilib ki, sanksiyalar paketi mərhum senator Lindsi Qremin iştirakı ilə hazırlanıb. Senatda respublikaçı çoxluğun lideri Con Tyun da Ağ Evin bu məsələ üzrə Qremlə sıx əməkdaşlıq etdiyini və sənədin qəbuluna nikbin yanaşdığını deyib.
Tyunun sözlərinə görə, qanun layihəsinin qəbul edilməsi üçün həm demokratların, həm də respublikaçıların dəstəyi tələb olunur. O qeyd edib ki, Lindsi Qremin həyatının son günlərində ən çox önəm verdiyi məsələlərdən biri məhz bu sanksiyalar paketinin qəbul olunması idi və bunun onun siyasi irsinin mühüm hissəsinə çevriləcəyinə inanırdı.
Qanun layihəsi qəbul olunacağı təqdirdə Donald Trampa Rusiyadan neft, uran və təbii qaz alan ölkələrdən idxal olunan məhsullara 500 faizədək gömrük rüsumu tətbiq etmək səlahiyyəti verəcək.
10:19 14.07.2026
Oxunuş sayı: 56