Makron: Ukrayna 2028–2029-cu illərdə Fransanın "Rafale" qırıcılarını alacaq
Fransa Prezidenti Emmanuel Makron Ukraynanın 2028–2029-cu illərdə Fransaya məxsus "Rafale" qırıcı təyyarələri ilə təmin olunacağını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, o, bu barədə çıxışı zamanı bildirib.
Makronun sözlərinə görə, Fransa Ukraynaya "Rafale" qırıcılarının verilməsini planlaşdırır və təyyarələrin tədarükü 2028–2029-cu illərdə həyata keçiriləcək.
Fransa prezidenti əlavə edib ki, Kiyevə həmçinin SCALP qanadlı raketlərinin, SAMP/T zenit-raket kompleksləri üçün Aster-30 raketlərinin və AASM Hammer idarəolunan aviasiya bombalarının istehsalı üçün lisenziyalar təqdim olunub.
09:49 14.07.2026
Oxunuş sayı: 48