Bayraktar AKINCI Sudanda iki PUA vurdu
Sudan ordusunun Türkiyə istehsalı olan Bayraktar AKINCI pilotsuz uçuş aparatı vasitəsilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən Çevik Dəstək Qüvvələrinə verildiyi iddia edilən iki Çin istehsalı CH-95 PUA-nı məhv etdiyi bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, pilotsuz uçuş aparatlarından biri havada “hava–hava” tipli raketlə, digəri isə yerdə dayanacaq vəziyyətində olarkən məhv edilib.
Hadisə Sudan ordusu ilə RSF qüvvələri arasında davam edən qarşıdurma fonunda baş verib. BƏƏ-nin RSF-yə hərbi dəstək göstərməsi ilə bağlı iddialar isə rəsmi Abu-Dabi tərəfindən dəfələrlə rədd edilib.
23:30 13.07.2026
Oxunuş sayı: 110