Tramp mərhum senatorun bacısına təklif irəli sürdü
ABŞ Prezidenti Donald Tramp Cənubi Karolina qubernatoruna mərhum senator Lindsi Qrehemin yerinə müvəqqəti senator təyin olunması üçün onun bacısının namizədliyini irəli sürməyi təklif etdiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp qeyd edib ki, Darlin Qrehemin bu vəzifəyə təyin edilməsi Lindsi Qrehemə böyük hörmət əlaməti olardı.
“Qubernator Henri Makmasterə böyük Cənubi Karolina ştatının müvəqqəti senatoru vəzifəsinə Lindsi Qrehemin möhtəşəm bacısı Darlinin namizədliyini irəli sürməyi tövsiyə etdim. Bu, Lindsi üçün gözəl bir ehtiram olardı”, – deyə Tramp bildirib.
Qeyd edək ki, senator Lindsi Qrehem həftəsonu qəfil vəfat edib.

23:20 13.07.2026
Oxunuş sayı: 90