Husilər Səudiyyə Ərəbistanı raket və PUA ilə təhdid etdi
Yəməndəki Ənsarullah (husilər) hərəkatının yüksək rütbəli hərbi rəsmisi Mücib Şəmsan Əl-Yəmani Səudiyyə Ərəbistanına qarşı yeni açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, yaxın zamanda husilərə məxsus raketlər və pilotsuz uçuş aparatları (PUA) Səudiyyə Ərəbistanının hava limanlarını və digər obyektlərini hədəf ala bilər.
Əl-Yəmani açıqlamasında bu addımların atılacağını iddia edib. Səudiyyə Ərəbistanı tərəfindən bəyanata hələlik rəsmi reaksiya verilməyib.
22:16 13.07.2026
Oxunuş sayı: 72