Belçika XİN: Bizə gəmirmək üçün sümük lazım deyil
Belçika Avropa İttifaqını (Aİ) işğal olunmuş İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələri ilə bağlı siyasətini sərtləşdirməyə çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Belçika İsrail yaşayış məntəqələri ilə ticarətə münasibətdə Avropa Komissiyasının reaksiyasını kifayət qədər zəif hesab edərək, daha sərt ümumavropa tədbirlərinin qəbul edilməsini tələb edib.
Belçikanın xarici işlər naziri Maksim Prevo bildirib ki, Avropa Komissiyası real addımlar əvəzinə yalnız gəmirilməsi üçün verilmiş sümük kimi qiymətləndirilə biləcək təkliflər irəli sürüb. Onun sözlərinə görə, təqdim olunan təşəbbüslər Aİ-nin geosiyasi ambisiyaları nəzərə alındıqda kifayət qədər yetərli deyil.
Müzakirələr Aİ daxilində fikir ayrılıqlarını ortaya çıxarıb. Belçika, İspaniya, Niderland və İrlandiya İsrail yaşayış məntəqələri ilə əlaqəli ticarətə daha sərt məhdudiyyətlərin tətbiq edilməsini dəstəkləyirlər.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares də vahid yanaşmanın vacibliyini vurğulayaraq bildirib:
İspaniya artıq belə idxala birtərəfli qaydada qadağa qoyub. İndi bunu Aİ-də etməlidir.
20:58 13.07.2026
Oxunuş sayı: 69