Moskvadan İrəvana xüsusi mesaj: Bu, adi münasibət deyil
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariyа Zaxarova Moskva ilə İrəvan arasındakı münasibətlərin yalnız dövlətlərarası əməkdaşlıqla məhdudlaşmadığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zaxarovanın sözlərinə görə, iki ölkənin xalqlarını ortaq tarix, ailə əlaqələri, birgə biznes, iqtisadi layihələr və sıx mədəni əməkdaşlıq birləşdirir.
O qeyd edib ki, Rusiya uzun illər ərzində Ermənistana yalnız geosiyasi maraqlardan deyil, həm də erməni xalqına xüsusi münasibətdən irəli gələrək yardım və dəstək göstərib.
Rusiya XİN nümayəndəsi həmçinin Ermənistan ətrafında vəziyyətin gərginləşdiyi və silahlı toqquşmaların baş verdiyi dövrlərdə Rusiya Prezidenti Vladimir Putinin rolunu vurğulayıb.
Zaxarova bildirib ki, Moskva və İrəvan hazırda iqtisadiyyat, energetika və sənaye sahələrində əməkdaşlığı davam etdirirlər. Onun sözlərinə görə, Ermənistana dəstək Rusiyanın siyasətinin dəyişməz istiqamətlərindən biri olaraq qalır.
20:45 13.07.2026
Oxunuş sayı: 70