Putindən xəbərdarlıq: Zərbələr cavabsız qalmayacaq
Rusiya Prezidenti Vladimir Putin “Hər şey Qələbə üçün” forumunda çıxışı zamanı Rusiyaya qarşı həyata keçirilən hücumlara cavab veriləcəyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Putin qeyd edib ki, Moskvanın obyektlərinə qarşı istənilən zərbə cavabsız qalmayacaq.
“Cavab tədbirləri güzgü prinsipi ilə olacaq. Bununla belə, bu tədbirlərin intensivliyi və gücü Rusiya obyektlərinə endirilən hücumların miqyasından xeyli yüksək olacaq”, – deyə Putin bildirib.
Rusiya lideri mümkün cavab addımlarının daha geniş miqyasda həyata keçiriləcəyini vurğulayıb.
20:22 13.07.2026
Oxunuş sayı: 58