İsrail İran prezidentini necə ələ alıb? - ŞOK
İsrail kəşfiyyatı İranın sabiq prezidenti Mahmud Əhmədinejad ilə gizli əlaqələr yaratmaq üçün bir neçə il davam edən əməliyyat həyata keçirib.
Crossmedia.az xəbər verir ki, ˝The New York Times˝ qəzetinin məlumatına görə, İsrail Əhmədinejadın gələcəkdə yenidən hakimiyyətə qayıtmaq ehtimalını nəzərə alaraq onunla əlaqə qurmağa çalışıb.
Nəşrin yazdığına görə, təmaslar 2023-cü ildə başlayıb. 2024-cü ildə isə Əhmədinejadın Budapeştdə İsrailin Mossad kəşfiyyatının rəhbəri David Barnea ilə universitet tədbiri adı altında görüşdüyü iddia edilir.
İddialara əsasən, əməliyyatın əsas mərhələsi 2026-cı il fevralın 28-də İsrailin Tehranda Əhmədinejadla əlaqəli obyektə zərbəsi ilə başa çatıb. ˝NYT˝ mənbələri bildiriblər ki, hücumdan sonra Mossad əməkdaşları sabiq prezidenti gizli sığınacağa aparıblar, lakin o, İsrailin planlarından narazı qalaraq qısa müddət sonra həmin yeri tərk edib.
Hazırda Mahmud Əhmədinejadın İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat strukturlarının nəzarəti altında olduğu iddia edilir.
19:51 13.07.2026
Oxunuş sayı: 68