Putin: Rusiya, şübhəsiz, qələbə qazanacaq
Rusiya Prezidenti Vladimir Putin Ümumxalq Cəbhəsi – Qələbə üçün hər şey forumunda çıxışı zamanı ölkənin qarşısında duran vəzifələr və gələcək planlarla bağlı açıqlamalar verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Putin bildirib ki, Rusiyaya qarşı mübarizə aparan kollektiv Qərbin rusofob hissəsinə baxmayaraq, ölkə inkişaf edir və uğurlar əldə edir.
Rusiya lideri qeyd edib ki, ölkə silahlı qüvvələrini təkmilləşdirməyə davam edir. O, həmçinin Ümumxalq Cəbhəsinin 15 illik fəaliyyəti dövründə özünü doğrultduğunu və təşkilatın fəallarının ölkədə həll olunan problemlərin önündə dayandığını vurğulayıb.
Putin vətəndaşlarla əlaqənin vacibliyinə diqqət çəkərək bildirib ki, prezident tapşırıqları sadəcə sözlərdən ibarət deyil və onlar əhalidən daxil olan müraciətlər əsasında formalaşır.
Rusiya Prezidenti çıxışında uşaqların mənəvi tərbiyəsi və dünyagörüşünün formalaşmasının ölkə üçün mühüm əhəmiyyət daşıdığını da qeyd edib.
19:16 13.07.2026
Oxunuş sayı: 55