Türkiyədə FETÖ-yə qarşı 81 vilayətdə əməliyyat: 968 şübhəli hədəfdədir
Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən 968 nəfərə qarşı ölkənin bütün 81 vilayətində genişmiqyaslı əməliyyatlara başlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, ən çox saxlanılmanın Ankara, İstanbul və İzmir şəhərlərində həyata keçiriləcəyi gözlənilir.
Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, dövlət 2016-cı il iyulun 15-də hakimiyyəti zorla ələ keçirməyə cəhd göstərən cinayətkar təşkilatın tərəfdarlarına qarşı mübarizəni qətiyyətlə davam etdirəcək.
16:57 13.07.2026
Oxunuş sayı: 46