Axios: Lindsi Qrehem son danışığında Trampa zarafat edib
ABŞ senatoru Lindsi Qrehem ölümündən əvvəl ABŞ prezidenti Donald Trampla son telefon danışığında Rusiyaya qarşı sanksiyalar qəbul olunmadan ölmək istəmədiyini zarafatla bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Nəşrin yazdığına görə, Qrehem şənbə axşamı Trampa zəng edərək Ukraynaya son səfəri və Moskva əleyhinə hazırlanan sanksiyalar qanun layihəsi barədə məlumat verib. O, Senatın sənədi yaxın vaxtlarda səsverməyə çıxarmasını istəyib.
"İndi ölə bilmərəm. Hələ Rusiyaya qarşı sanksiyalar tətbiq etməli, İran məsələsini həll etməli və İsrail-Səudiyyə Ərəbistanı münasibətlərini normallaşdırmalıyam", – deyə Qrehem zarafat edib.
Digər senator Cin Şahin isə Konqres üzvlərini Qrehemin xatirəsinə Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini dəstəkləməyə çağırıb.
Onun sözlərinə görə, Qrehemin "müstəqil və təhlükəsiz Ukrayna" arzusu həmin qanun layihəsinin qəbul olunması ilə ən yaxşı şəkildə yad edilə bilər.
17:26 13.07.2026
Oxunuş sayı: 54