Polşa müdafiə naziri: Hərbi yaşda olan ukraynalılar ölkələrinə qayıtmalıdır
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış hərbi xidmət yaşında olan ukraynalıların Ukraynaya qayıdaraq Silahlı Qüvvələrin sıralarına qoşulmalı olduqlarını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nazir qeyd edib ki, Polşada yaşayan hərbi yaşda olan Ukrayna vətəndaşları ölkələrinə dönərək ordu sıralarını gücləndirməlidirlər.
Kosinyak-Kamış həmçinin lüks avtomobillərlə hərəkət edən bəzi ukraynalı qaçqınların da Ukraynaya qaytarılmasının vacibliyini vurğulayıb.
Bununla yanaşı, o bildirib ki, Polşa vətəndaşlığının alınması qaydalarının sərtləşdirilməsi planlaşdırılır.
Məlumata görə, yeni qaydalara əsasən, vətəndaşlıq almaq üçün ölkədə minimum yaşayış müddətinin 8 ilə çatdırılması, B2 səviyyəsində polyak dili imtahanının verilməsi və "sədaqət sertifikatı"nın imzalanması tələb olunacaq.
17:18 13.07.2026
Oxunuş sayı: 51