Tramp: ABŞ Hörmüz boğazına nəzarəti öz üzərinə götürəcək
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazına nəzarətin Vaşinqton tərəfindən həyata keçiriləcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.
Tramp bildirib ki, ABŞ Hörmüz boğazına nəzarəti öz üzərinə götürəcək və bu əraziyə nəzarəti təmin edəcək.
"Biz boğaza nəzarəti ələ alırıq və görünür, onu idarə edəcəyik. Biz boğazın keşikçiləri olacağıq. Bəlkə də onun qoruyucu mələkləri. Buna görə isə kompensasiya almalıyıq", – deyə ABŞ Prezidenti bildirib.
Tramp həmçinin qeyd edib ki, iyulun 12-də ABŞ və İran arasında danışıqlar aparılıb və tərəflər müəyyən razılaşmalara gəliblər.
Onun sözlərinə görə, Tehran razılaşmaya düzəlişlər tələb etdiyinə görə danışıqlar nəticəsiz qalıb.
17:11 13.07.2026
Oxunuş sayı: 56