İran XİN: Lindsi Qrehemin ölümü ilə bağlı kədərlənən olmayacaq
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai ABŞ senatoru Lindsi Qrehemin ölümü ilə bağlı kədərlənən olmayacağını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Clash Report" məlumat yayıb.
Bəqainin sözlərinə görə, aqressiyanı dəstəkləməsi və sərt ritorikası ilə yadda qalan siyasətçi insanların yaddaşında yalnız mənfi iz buraxacaq.
"Belə bir insanın həyat mirası nifrət və aqressiyaya dəstəkdən ibarətdir. Bu əsəbi və kəskin dilli senatorun ölümü, şübhəsiz ki, heç bir azad insanı kədərləndirməyəcək", – deyə İran XİN rəsmisi bildirib.
Qeyd edək ki, Lindsi Qrehem Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edilib.
16:25 13.07.2026
Oxunuş sayı: 53