Tramp NATO-nun mövcudluğunu mənasız hesab edir
ABŞ Prezidenti Donald Tramp NATO-ya qarşı dərin etimadsızlıq nümayiş etdirir və alyansın fəaliyyətində məna görmür.
Crossmedia.az xəbər verir ki, bu barədə Bloomberg agentliyinin köşə yazarı Mark Çempion yazıb.
Müəllifin fikrincə, Ankarada keçirilən NATO sammiti Trampın alyansa qarşı mənfi münasibətini bir daha ortaya qoyub.
Çempion qeyd edib ki, NATO üzvlərinin müdafiə xərclərini artırmaqla bağlı Trampın tələblərini yerinə yetirməsi belə onu qane etməyəcək.
Yazıda xatırladılır ki, alyans ölkələri 2025-ci ildə müdafiə xərclərini ÜDM-in 5 faizi səviyyəsinə çatdırmaq barədə razılığa gəliblər. Lakin müəllifin fikrincə, Tramp bundan sonra diqqətini digər problemlərə yönəldib və bu addımı kifayət hesab etməyib.
15:08 13.07.2026
Oxunuş sayı: 58