Peskov Trampa qarşı sui-qəsd iddialarını şərh etməkdən imtina edib
Kreml NATO sammiti zamanı ABŞ Prezidenti Donald Trampa qarşı guya sui-qəsd hazırlandığı barədə KİV-də yayılan məlumatları şərh etməyəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Peskovun sözlərinə görə, Kreml mediada yayılan bu cür məlumatlara münasibət bildirmir.
O, NATO sammiti ilə bağlı iddia edilən sui-qəsd planları barədə yayılan xəbərləri şərh etməyib.
13:57 13.07.2026
Oxunuş sayı: 59