Ukrayna kəşfiyyatı: Rusiya Zaporojye AES-ni hərbi bazaya çevirib
Rusiyanın nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasını hərbi məqsədlər üçün istifadə edildiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
İdarənin məlumatına görə, Rusiya hərbçiləri atom elektrik stansiyasının 1, 2, 5 və 6-cı enerji bloklarının maşın zallarında hərbi texnika yerləşdiriblər.
Bildirilib ki, stansiyanın zirzəmilərində silah anbarları yaradılıb, reaktor bölmələrinin damlarında isə raket kompleksləri və pulemyot mövqeləri quraşdırılıb.
Nazirliyin iddiasına əsasən, keçidlərin və estakadaların altında hərbi texnika və sursat saxlanılır. Bundan əlavə, keçmiş Kaxovka su anbarının sahil xəttinin minalandığı qeyd olunur.
14:07 13.07.2026
Oxunuş sayı: 58