Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Böyük Britaniya hökuməti Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar siyahısını daha 10 mövqe ilə genişləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.
Məlumata görə, London bununla yanaşı kibertəhlükəsizlik məsələləri ilə əlaqədar sanksiyalar siyahısına daha 14 yeni ad əlavə edib.
Britaniya hökuməti yeni məhdudiyyətlərin Rusiyaya qarşı sanksiya siyasətinin gücləndirilməsi məqsədi daşıdığını bildirib. Sanksiyaların hansı fiziki və hüquqi şəxsləri əhatə etdiyi barədə ətraflı məlumat hələlik açıqlanmayıb.
12:53 13.07.2026
Oxunuş sayı: 48