Çilidə avtomobil yarmarkadakı izdihama çırpılıb: 6 nəfər ölüb
Çilidə keçirilən yarmarkada avtomobilin insanların üzərinə sürülməsi nəticəsində azı 6 nəfər həlak olub, 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə BioBio radiostansiyası məlumat yayıb.
Məlumata görə, faciə zamanı avtomobil yarmarka ərazisində toplaşan izdihamın üzərinə çıxıb. Hadisə nəticəsində 6 nəfər həyatını itirib, daha 7 nəfər yaralanaraq xəstəxanaya çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
İlkin araşdırma zamanı məlum olub ki, qəza anında avtomobili hərbi qulluqçu idarə edib. Hadisənin səbəbləri araşdırılır.
13:37 13.07.2026
Oxunuş sayı: 53