Sam Neill, “Yura Parkı”nın ulduzu, 78 yaşında vəfat edib
"Yura Parkı" (Jurassic Park) filmi ilə dünya şöhrəti qazanan britaniya-yeni zelandiyalı aktyor Sem Nill 78 yaşında vəfat edib.
Crossmedia.az xəbər verir ki, bu barədə aktyorun ailəsi sosial şəbəkələrdə yayımladığı bəyanatda məlumat verib.
Ailəsinin açıqlamasında bildirilir ki, Sem Nill Sidneydə qəfil dünyasını dəyişib. Bəyanatda onun ailə üzvlərinin əhatəsində, ləyaqətlə həyata vida etdiyi vurğulanıb. Ölüm səbəbi açıqlanmayıb.
The Guardian və AP-nin məlumatına görə, aktyora 2022-ci ildə nadir qan xərçəngi növü – angioimmunoblastik T-hüceyrəli limfoma diaqnozu qoyulmuşdu. O, son aylarda xəstəliyə qalib gəldiyini və remissiyada olduğunu açıqlamışdı.
Sem Nill daha çox "Yura Parkı", "Piano", "Qırmızı Oktyabrın Ovu" (The Hunt for Red October) və "Peaky Blinders" kimi ekran işlərindəki rolları ilə tanınırdı. Aktyor dörd övlad və səkkiz nəvə qoyub.
13:53 13.07.2026
Oxunuş sayı: 56