Hakan Fidan Parisə səfərə gedib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna mövzusuna həsr olunmuş “Könüllülər Koalisiyası” Liderlər Zirvəsində iştirak etmək üçün Fransanın paytaxtı Parisə səfər edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Zirvə çərçivəsində Ukraynaya göstərilən dəstək, yeni müdafiə imkanları və müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.
Hakan Fidanın görüşlər zamanı iyulun 7–8-də Ankarada Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirakı ilə keçirilmiş NATO Zirvəsində qəbul olunan qərarların Ukrayna üçün mümkün nəticələrini tərəfdaşları ilə dəyərləndirəcəyi bildirilir.
Nazirin, həmçinin Türkiyənin Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha vurğulayacağı gözlənilir. Bununla yanaşı, Fidanın Rusiya-Ukrayna müharibəsində cəbhədəki son vəziyyət və münaqişənin diplomatik yollarla başa çatdırılması istiqamətində Ankaranın mövqeyini iştirakçılarla bölüşəcəyi qeyd olunur.
22:05 12.07.2026
Oxunuş sayı: 67