Hakan Fidan Parisdə keçiriləcək Ukrayna sammitində iştirak edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan Parisdə keçiriləcək Ukrayna üzrə "Könüllülər Koalisiyası" liderlərinin sammitində iştirak edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Hakan Fidan sammitdə Prezident Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.
Görüşdə Ukraynada sülhün təmin olunmasına yönəlmiş danışıqların hazırkı vəziyyəti, təhlükəsizlik təminatları və "Könüllülər Koalisiyası"nın bu prosesdə oynaya biləcəyi rol müzakirə olunacaq. Türkiyə həmçinin Qara dənizdə təhlükəsizliyin təmin edilməsinin strateji əhəmiyyətini vurğulayacaq.
17:37 12.07.2026
Oxunuş sayı: 59