Zelenski təsdiqlədi: Ukrayna o ərazilərə zərbə endirib
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiyanın hücumlarına və müharibəni uzatmasına cavab olaraq uzaqmənzilli zərbələr endirdiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Ukraynanın uzaqmənzilli vasitələri Rusiyanın Saratov, Tatarıstan, Başqırdıstan və Voronej vilayətlərində yerləşən hədəfləri vurub.
Zelenski Saratov neft emalı zavoduna zərbə endirildiyini təsdiqləyib. O, həmçinin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Qüvvələri Tatarıstandakı neft emalı zavodunu da hədəfə alıb.
Ukrayna prezidenti dəqiq zərbələrə görə Pilotsuz Sistemlər Qüvvələrinə, Xüsusi Əməliyyatlar Qüvvələrinə, Ukrayna Təhlükəsizlik Xidmətinə və kəşfiyyat əməkdaşlarına təşəkkür edib.
“Ruslar hiss etməlidirlər ki, onların dövləti bu müharibəni aparır”, – deyə Zelenski vurğulayıb.
18:14 08.07.2026
Oxunuş sayı: 46