Bolqarıstan Ukraynaya silah tədarükünü dayandırır
Bolqarıstan Ukraynaya hərbi yardım göstərmək imkanlarının tükəndiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bunu Bolqarıstanın Baş naziri Rumen Radev Ankarada keçirilən NATO sammitində deyib.
Radev bildirib ki, Bolqarıstan indiyədək Ukraynaya 13 hərbi yardım paketi təqdim edib.
"Biz artıq Ukraynaya göndərə biləcəyimiz heç nə qalmayıb", – deyə Baş nazir vurğulayıb.
17:35 08.07.2026
Oxunuş sayı: 44