NATO: Rusiya uzunmüddətli təhdid olaraq qalır
NATO liderləri Ankarada keçirilən sammitin yekun bəyannaməsində Rusiyanın Avroatlantik məkan üçün uzunmüddətli təhlükə yaratdığını bəyan ediblər.
Crossmedia.az xəbər verir ki, sammitin yekun bəyannaməsində bu barədə qeyd olunub.
Sənəddə bildirilir ki, Rusiya Avroatlantik təhlükəsizliyi üçün uzunmüddətli təhdid olaraq qalır və Alyans bu çağırışlara qarşı kollektiv müdafiə imkanlarını gücləndirməyə davam edəcək.
Bəyannamədə həmçinin NATO-nun üzv ölkələrin təhlükəsizliyinin təmin edilməsi və alyansın müdafiə qabiliyyətinin artırılması istiqamətində birgə fəaliyyətini davam etdirəcəyi vurğulanıb.
16:51 08.07.2026
Oxunuş sayı: 40