KİV: Yermolayevə sui-qəsd iddiası Kiyevə siyasi zərbə vura bilər
Biznesmen Vadim Yermolayevə qarşı iddia edilən sui-qəsd hadisəsinin Ukrayna hakimiyyəti üçün ciddi siyasi nəticələr doğura bilər.
Crossmedia.az xəbər verir ki, Böyük Britaniyanın "The Guardian" qəzeti bu barədə məlumat yayıb.
Qəzetin yazdığına görə, bu hadisə Ukrayna Prezidenti Volodimir Zelenskinin NATO sammitində iştirak etdiyi və Kiyevə Qərbin dəstəyini gücləndirməyə çalışdığı bir vaxta təsadüf edir.
Nəşr hesab edir ki, hadisənin məhz belə bir dövrdə geniş müzakirə olunması Ukraynanın siyasi mövqeyinə mənfi təsir göstərə və beynəlxalq gündəmdə əlavə suallar yarada bilər.
16:13 08.07.2026
Oxunuş sayı: 44