Lada avtomobilləri bahalaşacaq? - Rəsmi AÇIQLAMA
Rusiyanın "AvtoVAZ" şirkəti avqustun 1-dən etibarən Lada markalı avtomobillərin qiymətlərinin artırılacağı ilə bağlı yayılan məlumatları təkzib edib.
Crossmedia.az xəbər verir ki, şirkət qiymət artımı ilə bağlı yayılan iddiaların həqiqətə uyğun olmadığını bildirib.
"AvtoVAZ"ın açıqlamasına görə, şirkət sonuncu dəfə 2026-cı ilin yanvarında qiymətlərə orta hesabla 0,5 faiz indeksasiya tətbiq edib.
Eyni zamanda, həmin dövrdə Lada Aura modelinin qiyməti 14 faiz, Lada Largus modelinin qiyməti isə 3,8 faiz azaldılıb.
Şirkət hazırda avqustun 1-dən etibarən yeni qiymət artımının nəzərdə tutulmadığını vurğulayıb.
14:24 08.07.2026
Oxunuş sayı: 39